Xankəndi şəhərində məktəb və kollecin zirzəmilərindən silah-sursatlar tapılıbbackend

Xankəndi şəhərində Musiqi Kollecinin zirzəmilərindən silah-sursat tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 23-də Xankəndi şəhərində yerləşən məktəblərdən birinin və Musiqi Kollecinin zirzəmilərindən, həmçinin şəhər ərazisindən ümumilikdə 15 avtomat silahı, dörd pulemyot, yeddi qumbara, altı tüfəng, 52 patron darağı, beş alışdırıcı, 5 014 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.