Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 12-də Xankəndi şəhəri ərazisindən doqquz ədəd müxtəlif markalı avtomat silahı, üç tüfəng, dörd qumbara, bir fişəng tapançası, iki tüstüverici şaşka, 35 patron darağı, 880 ədəd müxtəlif çaplı patron, bir süngü-bıçaq və digər sursat aşkar olunaraq götürülüb.