Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıbbackend

Xankəndidə 33 ildən sonra dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb.

İctimai.az bildirir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən məlumat verilib.

Körpənin valideynləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin Xankəndi şəhərində çalışan əməkdaşı Abbas Məmməd oğlu Abdullayev ilə həmin qurumda mühəndis kimi çalışan həyat yoldaşı Səadət Faddin qızı Namazlıdır.

Mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ailəyə Xankəndi şəhərində mənzil verilib.