Xankəndidə “Qarabağ” MOİK-ə qalib gəldibackend

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin dekabrın 21-i Xankəndi şəhər stadionunda keçirilən “Qarabağ” – MOİK matçı başa çatıb.

İctimai.az-ın məlumatına görə, oyun “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə bitib.

Oyunda xeyli qol vəziyyəti yaransa da, yalnız 90+5-ci dəqiqədə “Qarabağ” klubunun futbolçusu  Nəriman Axundzadə qol vurmağa nail olub.

Bununla da Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb.