Xankəndidə silah-sursat aşkarlanıbbackend

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 20-də və 21-də Xankəndi şəhəri ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 23 qumbara, iki qumbaraatan, 11 alışdırıcı, 68 patron darağı, 2 780 ədəd müxtəlifçaplı patron, yeddi ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.