Xankəndidə silah və sursatlar aşkarlanıbbackend

Fevralın 16-da Xankəndi şəhəri ərazisində yeddi ədəd silah aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, ötən gün iki ədəd avtomat silahı, dörd tüfəng, bir tapança, bir qumbaraatan, doqquz ədəd qumbara, 19 qumbara alışdırıcısı, 11 ədəd patron darağı, 846 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.