Xaricdə gizlənib şəhid ailələrinin “halına yanan” satılmışlar…backend

Şəhidlər bu xalqın övladlarıdır və xalqımız tərəfindən hər biri dərin hörmət və ehtiramla yad olunur. İstər Aprel döyüşlərində, istər Vətən müharibəsi zamanı, istərsə də “Qisas” və  “Qətiyyətli cavab” əməliyyatları zamanı həyatlarını itirənlər sıravi vətəndaşlar, xalq arasından çıxan könüllülərdir ki, onlar müxalifət uğrunda deyil, torpaqlarımızın istiqlalı uğrunda canlarını fəda ediblər.

Ordumuzun şəhidlər verdiyi bir vaxtda Əli Kərimli, Arif Hacılı, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Altay Göyüşov, Tural Sadıqlı, Qubad İbadoğlu kimi ünsürlər ölkəmizdə daxili sabitliyi pozmağa cəhd göstərərək, “Tüpürüm o dəhlizə”, “Tüpürüm Qarabağa” deyərək bir daha satılmış və yaltaq olduqlarını sübut etdilər. Bu dəfə onlar heç bir mənəviyyata sığmayan, şəhidlərimizin dəfn edildiyi bir zamanda şəhid ailələrinin heysiyyatına toxunaraq onlar üzərindən pul qazanmağa, hansısa ölkələrin səfirlikləri qarşısında xoş görünməyə çalışıb siyasi divident qazanmaq niyyətinə düşdülər. Ən təəssüf doğuran məqam isə odur ki, onlar heç şəhidlərin ruhundan belə utanmadılar. Onların etdiyi bu rəzillik bütün Azərbaycan xalqının müqəddəs şəhidlərlə bağlı ülvi  hisslərinə toxunmaqdır. Bu, müstəqilliyimiz uğrunda fəda olmuş, ərazi bütövlüyümüz, Qarabağ uğrunda canlarından keçmiş soydaşlarımızın ruhlarını narahat etməkdir. Bu, həm də şəhid ailələrinin belə günlərdə nisgilinə hörmətsizlik deməkdir. Lakin görünən odur ki, Əli Kərimli oğlunu ABŞ-da gizlətməklə, Gültəkin Hacıbəyli oğlunu Niderlanda qaçırmaqla, Arif Hacılı oğlanlarını İsveçə və Norveçə göndərməklə, Qənimət Zahid isə Fransada siçovul kimi gizlənməklə şəhid ailəsinin halına yanan olublar. Daha unudurlar ki, şəhidlik zirvəsi elə bir məqam deyil ki, hər adama bəxş olunsun və tanrı bu şərəfə nə bu ünsürlərin heç birini, nə də yaxın qohum-əqrabasını layiq bilməyib. Onsuz da pul ilə kirayələnmiş birilərinin vətəninin haradan başlanması bəlli deyil.

Azərbaycan müxalifəti hər zaman olduğu kimi yenə də dağıdıcılıq mövqeyində dayanaraq xalqa müxalif olmağı seçiblər. Müxalifət bu hadisədən özü üçün dividend qazanmaq istəyirsə, mən bunu insan ləyaqətinə sığmayan hərəkət hesab edirəm. Mövcud həssas vəziyyətdə  biz  həmişəkindən daha çox birlik olmalı, bir-birimizə dayaq olub, şəhid ailələrinin yanında olub qürurla  50 şəhidimizi də digər şəhidlərimiz kimi hər zaman qəlbimizdə daşımalı və bu günləri gələcəkdə böyük iftixar və qürur hissi ilə yad etməliyik.

Anar Məmmədov,

Milli Məclisin deputatı