Xarici diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri başlayıbbackend

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin mayın 24-də işğaldan azad olunmuş ərazilərə növbəti səfəri başlayıb.

“Report” xəbər verir ki, Laçına səfər edəcək diplomatik korpusun üzvləri Zəngilan Beynəlxalq Hava Limanına çatıblar.

Buradan Laçına yola düşəcək iqamətgahı Bakıda yerləşən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri səfər çərçivəsində Laçında COP29-la əlaqədar təqdimat mərasimində iştirak edəcəklər.

Həmçinin, diplomatik korpus nümayəndələri Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar. Bu çərçivədə Zerti Aqro-Sənaye Parkını və “Hoçazfilm” kinopavilyonunu ziyarət, həmçinin Həkəri çayına balıqların buraxılması planlaşdırılır. Bundan sonra isə “Xalça belə yarandı” adlı sərginin açılışı nəzərdə tutulub.