Xarkovda evə raket düşdü: Dörd azərbaycanlı həlak oldubackend

“Dünən axşam saatlarında Xarkov vilayətinin raket atəşinə tutulması zamanı azərbaycanlı ailə həlak olub”.

Bunu açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının Lvov vilayəti üzrə sədr müavini Mahmud Qurbanov deyib.

O bildirib ki, Xarkov vilayətində olan azərbaycanlı ailənin evinə raket düşüb:

“Həmin azərbaycanlı əslən Lənkərandan olub. Onun Xarkov vilayətində “Ləvəngi” adlı restoranı olub. Adı Emindir, xanımı və iki övladı ilə birlikdə ölüb. Hadisə baş verən əraziyə rus ordusu nəzarət etdiyindən çətinliklər yaranır. Ona görə də cəsədlərin ərazidən çıxarılmasında problem var”.