Ukraynanın Xarkov şəhərində yanacaqdoldurma məntəqəsi vurulub.
“Zərbə nəticəsində yeddi nəfər ölüb. Onlardan biri körpə, biri dörd, biri yeddi yaşlı olmaqla üçü uşaqdır”, – deyə mer İqor Terexov bildirib.
Qeyd edək ki, zərbədən alovlanan yanacaq ətrafa dağılıb və 14 fərdi yaşayış binası yanıb. Yanğın sahəsi 3 700 kvadratmetri əhatə edib.
İkisi uşaq olmaqla 50 nəfər təxliyə edilib.