Xəstələrin ümid qapısı olan nevroloq Tofiqə Hidayətovabackend

“Nevroloq kimdir, hansı xəstəlikləri müalicə edir?” sualı həkimlərin insanlardan eşitdiyi ən çox verilən suallardandır.

Daha çox el arasında nevropatoloq kimi tanınan nevroloq həkimlər beyin və sinir sisteminə təsir edən xəstəliklərin diaqnozunun qoyulmasını və müalicəsini icra edirlər.
Təbii ki, hər sahədə olduğu kimi, nevrologiyada da meydana çıxan problemlərin aradan qaldırılması istiqamətində peşəkar həkimlərə ehtiyac duyulur.

Tanınmış nevropatoloq Tofiqə Hidayətova artıq uzun illərdir ki, qeyd olunan sahədə peşəkar və uğurlu fəaliyyəti ilə tanınmaqdadır.

İctimai.az bir peşəkar həkimin uğurlu olması və hansı nəticələr verməsinin onun pasiyentlərindən öyrənməyin daha məqsədəuyğun hesab edərək Tofiqə xanıma müraciət edən bir neçə vətəndaşlardan qısa fikirlərini təqdim edir.

Vətəndaş Rəna Tağıyeva: Bir müddət öncə əsəbilik, aqressiya, nevrozluq səbəbilə Tofiqə həkimə müraciət etdim. Əvvəllərdən də bu hallar olsa da, son zamanlar ailəvi bir baş verən haldan sonra daha tez-tez bu problemlə qarşılaşmağa başladım və ailəmin məsləhəti ilə həkimə müraciət etdim. Tofiqə xanım məni xoş qarşılayaraq, problemlərini dinlədi, müayinə etdi və müalicə kursu yazdı. Özüm də inanmasam da, qısa zamanda müalicənin nəticəsini birlikdə gördük. Belə həkimlərimizlə qürur duyuruq, çox sağolsun Tofiqə həkim.

Vətəndaş Rövşən Orucov: Uzun zamandır ki, boyun və beynimdə ağrılar var idi, əvvəllər çox ciddiyə almırdım, amma zaman keçdikdə ağrılar artdı və həyatıma təsir etdi. Gecələr normal yuxu yata bilmir, normal qidalana bilmirdim. Məcburən həkimə müraciət etməli oldum. Sağolsun Tofiqə həkim məni qəbul etdi, müayinədən sonra bir neçə kursluq müalicə yazdı. Şükürlər olsun ki, artıq ağrılarım demək olar qalmayıb, yuxu və qida rejimim də normala dönüb.

Qeyd edək ki, Tofiqə Hidayətova hazırda Əhmədli Klinikasında fəaliyyətini davam etdirməkdədir.