Azərbaycan bu regionda sabitliyin və inkişafın əsas lokomatividir. Prezident İlham Əliyevin liderliyi ilə ölkə təkcə iqtisadi baxımdan deyil, həm də siyasi sabitlik, beynəlxaq nüfuz və hərbi güc baxımından yeni mərhələyə qədəm qoyub.
Ölkənin diplomatik uğurları, regional təşəbbüsləri, post münaqişə dövründə atdığı addımları məhz bu sabitliyin və məqsədyönlü siyasətin nəticəsidir.
Bu səbəbdən keçmişdəki şəxsi maraqla dövlətin gələcəyinə zərbə vurmaq istəyən xəyanətkarlara qarşı ictimai və siyasi məsuliyyət hissi ilə yanaşmaq vacibdir. Əslində, bu, təkcə vacibiyyət deyil. Bu, həm də Azərbaycan dövlətinə qarşı hər bir azərbaycanlının göstərməli olduğu vətəndaş mövqeyi, azərbaycançılıq yanaşmasıdır.
Xəyanətkar Ramiz Mehdiyev ətrafında baş verənləri hər bir azərbaycanlı maraqla izləyir. Uzun illər dövlət içində troya atı funksiyasını icra edən bu şəxs bütün fəaliyyətini Azərbaycan dövlətinə qarşı yönəldib.
Ramiz Mehdiyevin karyerasına nəzər saldıqda onun əsasən ikinci şəxs olduğunu görürük. Dolayısıyla yarımçıq adamdır. Arzuları, ambisiyaları, arxasındakı qüvvələri böyük olsa da, o, heç vaxt böyük olmağı bacarmayıb. Öz şəxsi mənafelərini həyata keçirmək üçün mümkün olan hər şeyi, dövləti satmağı, Azərbaycana ziyan vurmaq istəyən qüvvələrə satılmağı gözə alan bu yarımçıq insan elə özü kimilərlə də əməkdaşlığa, onlara ağsaqqallıq etməyə cəhd edib. Amma onun ağsaqqallığı elə etmək istədiyi şəxslərə çatar.
Bütün fəlaiyyətini Azərbaycanın dövlət marağını qorumağa və Ali Baş Komandanın siyasətini icra etməyə həsr etmiş Dövlət Təhlükəsizlik Xidmətinin hələ bizə məlum olan ilkin araşdırmaları göstərir ki, Ramiz Mehdiyevin ən yaxın silahdaşları elə özü kimi yarımçıqlardır. Söhbət həyatı xəyanətlə keçən, hətta öz liderini arxadan vuran Əli Kərimlidən, həyatda heç bir məqsədi məlum olmayan, bioloji yaşı ilə real yaşı üst-üstə düşməyən Cəmil Həsənlidən və deputat olduğu dövrdə fəaliyyəti yalnız şəxsi imtiyazlara yönəlmiş Gültəkin Hacıbəylidən gedir.
Müasir Tariximizin ilk illərində təlatümlü dövrlər çox olub. Amma, açıq etiraf etmək lazımdır ki, bu “səviyyədə” dördlüyü biz hələ görməmişik.
Bu gün Azərbaycan müstəqil siyasət həyata keçirir. Ölkə başçısı dünyada tanınan, hörmət edilən, regionla bağlı məsələlərə yön verən şəxsdir.
Bunlar regionda heç də hamının ürəyincə deyil. Bütün bunları özləri üçün fürsət bilən bu insanlar şimaldan əsən küləyin də təsiri ilə başqa xəyallara düşüblər. Uzun illər ərzində hansısa ittifaqlarda, şuralarda Azərbaycana qarşı fəaliyyət göstəriblər. Amma qiymətləndirmədikləri bir məqam olub: Azərbaycan xalqı müdrik xalqdır və öz liderinin, Qarabağ fatehi Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşmişdir.
Bu yarımçıqların fəaliyyəti isə bizə kvarteti xatırladır. Musiqi alətləri özünün də olmayan xəyanətkar kvarteti!
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov
Trend.az













