Xeyirxah Platforması 3 yaşındabackend

Xeyirxah Platforması 3 yaşını qeyd edir. Bu barədə Platformadan məlumat verilib. 
“Düz 3 il bundan öncə – aprelin 25-də saytımızı təqdim etməklə və “Onu sən yaşat!” devizli aksiya ilə fəaliyyətə başladıq. Fəaliyyət istiqamətimizi sosial və humanitar olmaqla 2 yerə böldük. Çalışdıq ki cəmiyyətə faydalı olaq. Gördüyümüz işlərlə hesabat videosunda tanış ola bilərsiniz. Görmək istədiyimiz işlərin üzərində həvəs və sevgi ilə çalışacağıq”
Xeyirxahın gördüyü işlərə «Onu sən yaşat» devizi altında xeyriyyə aksiyası, «Nəfəs» festivalı, «Çərpələng»də uşaqlar üçün əyləncəli tədbir, «Biz Sizinləyik» devizi altında tədbir, «Səssiz Qəhrəman» jest dili təlimləri, Jest dilində video təlimlərin hazırlanması, Zəhra üçün həmrəylik aksiyası, «Mənə onun sevincini hədiyyə et» sosial çarxı, II «Nəfəs» Festivalı, Mütəmadi olaraq könüllü qan donorlarının tapılmasına dəstək verilməsi, yeni ildə şaxta babanın ziyarətləri və çağırışı, Əlilliyi olan şəxslərlə davranış qaydalarından bəhs edən videoçarx, Üzünüzü güldürən oyun, “Sağlam gələcəyə zəmanət” layihəsi və profilinə uyğun digər fəaliyyətlər aiddir.

Bütün dünyanı cənginə alan pandemiyanın başlandığı ilk gündən etibarən Xeyirxah komandası mütəmadi olaraq maddi durumu zəif olan ailələrə müxtəlif yardım aksiyaları təşkil edib, müxtəlif kampaniyalar həyata keçiriblər.

İctimai.az olaraq Xeyirxah komandasını təbrik edir, fəaliyyətində uğurlar diləyirik!