“Xeyirxah”dan “Uşaqlar üçün oxu” devizi altında aksiyabackend

Xeyirxah “Uşaqlar üçün oxu” devizi altında aksiya keçirir . 

Xeyirxah Platforması 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Uşaqlar üçün oxu” devizi altında sosialyönümlü aksiya keçirir. Aksiya çərçivəsində həvəskar və ya tanınmış olmasından asılı olmayaraq ifaçılar hər hansı mahnıdan bir parça ifa edərək #UşaqlarÜçünOxu haştağı ilə paylaşımlar edir.

Xeyirxah Platformasından verilən məlumata görə, aksiyanı keçirməklə məqsəd gələcəyimiz olan uşaqlara qayğı göstərmək, onları diqqətdə saxlamaq üçün çağırışlar etməkdən ibarətdir.

İctimai.az