Xəzər dənizində itkin düşən və içərisində uşaqlar olan qayıq kimsəsiz adada tapılıbbackend

Xəzər dənizində itkin düşən qayıq Tüleniy adasının ərazisində tapılıb.

Rusiya Dəniz və Çay Nəqliyyatı Federal Agentliyindən (Rosmorreçflot) qayıqda yeddi nəfərin olduğu bildirilib. Qayığın sərnişinləri arasında üç uşaq olub. Onların ən kiçiyi səkkiz aylıqdır.

Qeyd edək ki, Volqoqraddan Mahaçqalaya gedən qayığın itməsi barədə sentyabrın 5-də məlumat verilmişdi.

Tüleniy – Dağıstana məxsus kimsəsiz adadır. 20-ci əsrin birinci yarısında orada balıq fabriki fəaliyyət göstərib və qəsəbə salınıb. Lakin Xəzər dənizinin səviyyəsinin yüksəlməsi və balıq ehtiyatlarının azalması səbəbindən oradakı yaşayış məntəqəsi ləğv olunub.