Xəzər dənizində zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 18.46-da qeydə alınan zəlzələnin maqnitudası 3.2 olub.
Zəlzələnin ocağı 72 kilometr dərinlikdə yerləşib.













