37 ildir əfsanəvi Lemminkäinen məbədini axtaran həvəskar arxeoloqlar qrupu onun varlığına dair ilk dəlil tapıb. Bu barədə “Metro” məlumat yayıb.
Özlərini “Temple Dozen” adlandıran axtarışçılar qrupu 1980-ci illərdən bəri mistik, yoqi və turist bələdçisi Jor Bokun varlığını ortaya qoyduqdan sonra Lemminkaynen mifik məbədini axtarır. Ailəsinin əsrlər boyu ziyarətgahın mühafizəçisi olduğunu iddia edən Bok, xəzinələri olan əfsanəvi quruluşun Sibbosberq mağaralarında olduğunu bildirib.
Bütün bu illər ərzində Temple Dozen xəzinənin mövcudluğuna dair bir dənə də olsun dəlil tapmadı, lakin bu iyun ayında mağaralarda min illik Skandinaviya balta bıçağı tapmağı bacardılar. Arxeoloqlar güman edirlər ki, bütpərəstlər Lemminkäinen məbədinə gedən yolda tunellər palçıqla dolanda orada qədim silah parçası qalıb.
Mənbə: Metro