Xi Jinping Çin ordusu generallarının təmizlənməsinə başlayıbbackend

Bloomberg mənbələrə istinadən xəbər verir ki, Çin prezidenti Xi Jinping ölkənin hərbi rəhbərliyinin kütləvi şəkildə təmizlənməsinə başlayıb, işdən çıxarılmaların sayı artıq Mao Zedong dövründə müşahidə olunan səviyyəyə çatıb.

Məqalədə deyilir: “Bloomberg News-un televiziya reportajları, parlament sənədləri və digər ictimai sənədlərin təhlilinə əsasən, Çin lideri şəxsən təyin etdiyi generalların təxminən beşdə birini işdən çıxarıb.

Avqustun 10-da “Wall Street Journal” öz mənbələrinə istinadən xəbər verir ki, Çin hakimiyyəti potensial Çin xarici işlər naziri kimi tanınan yüksək səviyyəli diplomat Liu Jiançaonu sorğu-sual etmək üçün saxlayıb.