XI Qlobal Bakı Forumu – “Parçalanmış dünyanın bərpası”backend

Bu faktdır ki, ölkəmizin nüfuzu günü-gündən artmaqda, dünya dövlətlərinin illərlə dövlətimiz haqqında formaşlaşmış anti-Azərbaycan mövqeyi müsbət istiqamət üzrə dəyişilməkdədir. Etiraf edək ki, bütün qazanılan uğurlar Ölkə başçısı cənab İlham Əliyevin apardığı uzaqgörən daxili və xarici siyasi kursun, o cümlədən qətiyyətli siyasi iradənin sayəsində mümkün olmuşdur. İstər paytaxt Bakı şəhərində, istərsə də işğaldan azad edilmiş ərazilərimizdə keçirilən beynəlxalq əhəmiyyətə malik forumlar, konfranslar ölkəmizin artan nüfuzunun əyani sübutudur. Belə beynəlxalq forumlardan biri də Bakı Qlobal Forumudur.

Bu Forum siyasi əhəmiyyətinə görə digər beynəlxlaq forumlardan geri qalmır, bəzi hallarda təsiretmə gücünə, əhatə dairəsinə görə onları üstələyir. Cari ilin mart ayının 14-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan XI Qlobal Forumu “Parçalanmış dünyanın bərpası” mözusunda reallaşdı. Bu Forumun mövzusu həqiqətən də dünyanı bu gün ən çox düşündürən suallardan biridir. Forum çərçivəsində keçirilən panel görüşlərdə bir çox beynəlxalq təşkilatları, dünya dövlətlərini təmsil edən liderlər iştirak edərək, qloballaşan dünyada qarşıya çıxan problemlər, onların həlli yolları barədə dünya ictimaiyyətini məlumatlandırmışdır. Diqqət yetirsək görərik ki, Bakı Forumuna maraq ildən-ilə artmaqdadır.

Foruma dünya dövlətlərinin marağının artmasının göstəricisidir ki, keçirilən görüşlərdə və açılış mərasimində 70-dən artıq ölkədən 400 nəfərdən çox qonaq iştirak etmişdir. Müzəffər Prezidentimiz cənab İlham Əliyev Forumun açılış mərasimındə iştirak edərək, qonaqları salamladı, geniş məzmunlu nitq söylədi. Çıxışı zamanı Azərbaycanın beynəlxalq sferada əldə etdiyi nailiyyətlərdən, Ermənistan-Azərbaycan arasında mövcud olmaqla 30 ilə yaxın davam edən və artıq keçmişdə qalmış “Dağlıq Qarabağ Problemi”nin yaranma səbəbi, sülhün əldə olunmaması, Azərbaycanın döyüş meydanında öz hüquqlarını bərpa etməsi, regionda mövcud olan reallıqların bu günki vəziyyəti və gələcəyə doğru dəyişən situasiyalar barədə qonaqlara məlumat vermişdir. Həqiqətən də bu Forumun Azərbaycan reallıqlarının dünya gündəminə yayılması üçün əhəmiyyəti ölçüyəgəlməzdir.

Ölkə başçısı çıxışında bu gün Azərbaycanın əldə etdiyi uğurlara qısqanclıqla yanaşan dünya dövlətlərinə də səsləndi və onların niyyətlərinin hər zaman puça çıxacağını vurğuladı. Bu gün qloballaşan dünyada cəmiyyətimizi qorumaq, onu gələcək nəsillərə itkisiz və problemsiz çatdırmaq üçün yeganə istifadə edilən yol bəşəriyyətin əbədi sülhə nail olmasıdır.

Bu faktdır ki, Azərbaycan təkcə yerləşdiyi coğrafi məkanda deyil, dünya çapında da sülhün bərqərar olması üçün ən çox çalışan və töhfələr verən ölkələrdəndir. Şübhə yoxdur ki, XI Qlobal Bakı Forumu yeni ideyaların, təşəbbüslərin meydana çıxması, yaranması üçün çox əhəmiyyətlidir.

Fətalı Hüseynov;
Neftçala rayon gənci