Xiaomi LCD ekranlı Redmi Note 12T Pro smartfonunu təqdim edəcəkbackend

OLED əvəzinə LCD ekran alan Redmi Note 12T Pro smartfonunun rəsmi anonsu baş tutub.

Bu barədə My Drivers portalı məlumat yayıb.

Müasir mobil qurğular üçün bir növ standart olan OLED displeyin olmamasına baxmayaraq, Redmi Note 12T Pro istifadəçiyə ən qabaqcıl LCD texnologiyasını təqdim edəcək. Bildirilir ki, Redmi Note 12T Pro displeyi müxtəlif işıqlandırma ssenariləri üçün görmə qoruma sistemi ilə təchiz edilib, o, 144 Hz-ə qədər yeddi yeniləmə sürətini, həmçinin DisplayMate A+ texnologiyasını dəstəkləyir. Ekranın ölçüsü 2460×1080 piksel təsvir ölçüsü ilə 6,6 düym olacaq.

Qadcetin daxilində MediaTek Dimensity 8200-Ultra çipset, 12 QB əməli yaddaş və 512 QB daxili yaddaş quraşdırılacaq. 5G texnologiyası, həmçinin 67 vata qədər sürətli enerji doldurma dəstəyi elan edildi. Redmi Note 12T Pro üç rəngdə olacaq – ağ, mavi və qara.

Yeni smartfon üçün ilkin sifarişlərin başlanması 30 may 2023-cü ildə başlayacaq.

Mənbə: Autotech