Xiaomi SU7 elektromobili avtopark rejiminə görə gölməçəyə batıbbackend

Çində Xiaomi SU7 elektrik sedanı avtomatik parkinq funksiyası işə salınarkən su hövzəsinə batıb.

Bu barədə yerli KİV-ə istinadən “Chinese Cars” Telegram kanalı məlumat yayıb.

Hadisə dekabrın 7-də baş verib. Sürücü Xiaomi SU7-ni təyin olunmuş dayanacaq yerinin yaxınlığında saxlayıb və ağıllı avtomatik parkinq köməkçisini işə salıb, lakin sistem hündürlüyün dəyişməsini nəzərə ala bilməyib və nəticədə avtomobil suya sürüşüb.

Yerli KİV-in məlumatına görə, avtomobilin sahibi istehsalçıdan təzminat tələb edib. Bununla belə, Xiaomi-nin istifadəçi təlimatı açıq şəkildə xəbərdarlıq edir ki, parkinq köməkçisini işə salmazdan əvvəl sürücülər ətrafdakı ərazinin təhlükəsiz olmasını, o cümlədən kəskin düşmələrin və təhlükəli yamacların olmamasını təmin etməlidirlər.

Xiaomi hələ də suya batan elektrik avtomobili ilə bağlı insidentlə bağlı şərh verməyib.