Xiaomi şirkəti yeni Redmi K70 Ultra smartfonunun buraxılışını rəsmi olaraq təsdiqləyib. Redmi bölməsinin rəhbəri Vanq Tenq Tomas bildirib ki, yeni məhsul IP68 standartına uyğun olaraq toz və sudan qorunacaq.
Belə mühafizənin olması o deməkdir ki, Redmi K70 Ultra cihazın 30 dəqiqə ərzində 1,5 metrə qədər dərinlikdə qalmasına imkan verəcək suya davamlılıq səviyyəsini alacaq. Şirkət nümayəndəsi deyir ki, bu xüsusiyyət cihazı yay səyahətini sevənlər üçün ideal seçim edəcək.
Redmi K70 Ultra əvvəllər IMEI bazasında 2407FRK8EC olaraq qeyd edilmişdi ki, bu da cihazın tezliklə satışa çıxarılacağını göstərir. Yeni məhsul 1,5K təsvir ölçülü OLED ekran, eləcə də 24 GB-a qədər LPDDR5X RAM və 1 TB-a qədər UFS 4.0 yaddaşa malik qabaqcıl MediaTek Dimensity 9300+ çipi ilə hesablanır.
Mənbə: Autotech