XİN başçısı BMT-nin baş katibi ilə sülh sazişi üzrə danışıqları müzakirə edibbackend

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin baş katibi Antonio Quterreşlə Bakı ilə İrəvan arasındakı sülh sazişi üzrə danışıqları müzakirə edib.

Bu barədə “Report”a açıqlamasında dünya təşkilatının sözçüsü Stefan Düjarrik söyləyib.

Onun sözlərinə görə, tərəflər Azərbaycanın COP29-a sədrliyi kontekstində dünya təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığı, o cümlədən iqlimin maliyyələşdirilməsi üzrə yeni hədəfin yekunlaşdırılmasını müzakirə ediblər.

Mətbuat katibi əlavə edib ki, söhbət əsnasında Bakı və İrəvan arasında sülh sazişi üzrə danışıqların gedişi, minalardan təmizlənməsi barədə də fikir mübadiləsi aparılıb.