XİN-dən sabiq səfirin sözlərinə MÜNASİBƏTbackend

Azərbaycanın Belarus, Moldova və Pakistanda fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi olmuş İsfəndiyar Vahabzadə Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskini təhqir edib.

Onun bu sözləri Rusiyada geniş rezonans doğurub.

Məsələ barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açıqlamasında bildirib ki, İsfəndiyar Vahabzadə fəaliyyətində olan nöqsanlarına görə dövlət başçısı tərəfindən 2016-cı ildə səfir vəzifəsindən azad edilib:

“Belə olduğu təqdirdə, Xarici İşlər Nazirliyi və ya digər dövlət orqanını təmsil etmədiyi üçün XİN olaraq onun fikirlərini şərh etməyimiz düzgün olmazdı”.