XİN rəhbəri: “Azərbaycan Cənubi Qafqazda Aİ-nin əsas ticarət tərəfdaşıdır”backend

“Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının (Aİ) ən böyük ticarət investoru və strateji enerji tərəfdaşıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 8-də Vilnüsdə litvalı həmkarı Qabrielius Landsberg ilə görüşündən sonra keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Azərbaycanın ticarət dövriyyəsinin 40 faizi Aİ-nin payına düşür.

Nazir Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın tranzit ölkə kimi rolunun daha da artacağını vurğulayıb.

Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan ərazisindən keçən tranzit həcmi təxminən 75% artıb.

Xarici işlər naziri qeyd edib ki, parlamentlərarası əməkdaşlıq Aİ ilə Azərbaycan arasında əməkdaşlığın mühüm istiqamətidir:

“Bunun üçün parlamentlərarası münasibətlər çərçivəsində dostluq qrupları arasında əlaqələrin daha da genişləndirilməsi vacib əhəmiyyətə malikdir”.