Xırdalanda faciə: Qadın ölü tapıldı, uşaqlar isə…backend

Xırdalan şəhərində ikisi azyaşlı olmaqla üç nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1985-ci il təvəllüdlü Məmmədova Aytəkin Cəsarət qızının meyitini və iki nəfər azyaşlını halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.