“Xocəsən qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı avtobusun sürücüsü xəsarət alıb”.
Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
“Hadisə bu gün saat 11:15-də Binəqədi-Xocəsən avtomobil yolunun Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlham Həsənovun idarə etdiyi “Isuzu” markalı 50-CO-578 dövlət qeydiyyat nişanlı 506 nömrəli müntəzəm marşrut xəttinə məxsus avtobusla Anar Məmmədovun idarə etdiyi BMW markalı 99-VL-781 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində avtobusun sürücüsü xəsarət alıb.
Yol-nəqliyyat hadisəsi BMW markalı avtomobilin sürücüsü yolda geriyə dönmə əməliyyatı yerinə yetirərkən baş verib. Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır”, – deyə M.Ağayev bildirib.