Xocavənddə baş verən qəzada yaralıların sayı və vəziyyəti AÇIQLANDIbackend

Dünən axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 16 nəfər ilkin tibbi yardımdan sonra Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.

Bununla bağlı TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Füzuli Rayon Mərkəzi Xəstəxanasından isə verilən məlumata görə, yaralılardan beş nəfər xəstəxanada, həkim nəzarətində saxlanılır. Onların vəziyyəti stabildir.

Qeyd edək ki, qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar olub. Hadisənin baş vermə səbəbləri və digər detallar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.