Xorvatiyaya uçan şəxsi təyyarə Avstriyada qəzaya uğrayıbbackend

Rockwell Commander 112B adlı şəxsi təyyarə Avstriyada Kasberq dağına çırpılaraq qəzaya uğrayıb. Bu barədə Aviation24.be portalı yazır.

Hadisə noyabrın 25-də Pribram (Çexiya) – Medulin (Xorvatiya) marşrutu üzrə uçan təyyarə ilə güclü qar yağarkən baş verib.

Nəşrin məlumatına görə, təyyarənin göyərtəsində dörd nəfər olub. Pilotu və sərnişinləri xilas etmək mümkün olmayıb.

Mənbə: Aviation24.be