Xroniki bel ağrısının yeni bir səbəbi kəşf edildibackend

Xroniki bel ağrısı sinir liflərinin onurğanın zədələnmiş nahiyələrinə böyüməsi nəticəsində yarana bilər. Bu, Con Hopkins Universiteti Tibb Məktəbinin alimlərinin gəldiyi nəticədir. Tədqiqatın nəticələri Bone Research jurnalında dərc edilib.

Siçanlar üzərində aparılan bir araşdırma göstərib ki, onurğa degenerasiyası zamanı sinir ucları normalda tapılmadığı nahiyələrə – məsələn, fəqərəarası disklər və fəqərələrin qovşağındakı toxumaya nüfuz edə bilər. Bu sinir “işğal”ı xroniki ağrı ilə əlaqələndirilir.

Alimlər bu prosesə sümük əmələ gəlməsində iştirak edən bir hormonun təsir göstərə biləcəyini aşkar ediblər. Onun təsiri altında sümük hüceyrələri – osteoblastlar – sinir lifləri üçün siqnal rolunu oynayan və onların zədələnmiş nahiyələrə böyüməsinin qarşısını alan Slit3 zülalını aktiv şəkildə istehsal etməyə başlayır. Nəticədə sinir ucları tədricən geri “itələnir” və toxuma quruluşu bərpa olunur.

Təcrübələrdə müalicə cəmi bir neçə həftə ərzində nəzərəçarpacaq dəyişikliklərə səbəb olub. Siçanlar fəqərə uc lövhələrinin – disklər və sümük toxuması arasındakı nazik təbəqələrin strukturunun yaxşılaşdığını göstəriblər. Onlar daha az məsaməli olublar ki, bu da sinir nüfuzunu və iltihabı azaldır.