Xüsusi karantin rejimi bu gündən daha bir ay uzadıldıbackend

COVID-19 pandemiyası ilə əlaqədar olaraq Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi bu gündən 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah qərar qəbul edib.

Qeyd edək ki, Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi 31 avqust saat 06.00-da başa çatmalı idi.

Bununla belə, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılıb.

Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək.

İctimai.az