Səhər və axşam yeməyini erkən yemək ürək xəstəliyi riskinizi azalda bilər. Bunu “Nature Communications” jurnalında dərc olunan araşdırma göstərib.
Müəlliflər NutriNet-Santé tədqiqatında 103,389 iştirakçının məlumatlarından istifadə ediblər (onların 79%-i qadınlar, orta yaş həddi 42 idi). Nəticələr göstərdi ki, səhər yeməyini gec yeməyin ürək-damar xəstəliyi riski daha yüksəkdir və hər gecikmə saatı üçün risk 6% artır. Məsələn, səhər saat 9-da səhər yeməyi yeyən adamda ürək-damar xəstəliyinə tutulma ehtimalı səhər səkkizdə səhər yeməyi yeyən adama nisbətən 6% daha yüksəkdir.
Axşam yeməyinə gəlincə, insult riski, məsələn, axşam yeməyini axşam saat 9-da və ya daha sonra yeyənlər arasında axşam 8-dən əvvəl yeməyi bitirənlərlə müqayisədə 28% daha yüksək idi. Bu əlaqə xüsusilə qadınlar arasında özünü büruzə verirdi.
Mənbə: Gazeta.ru

