Yantarın monitorinqi üçün Britaniya Silahlı Qüvvələrinə məxsus bir freqat və döyüş təyyarəsi yerləşdirilibbackend

Britaniya Silahlı Qüvvələrinə məxsus bir freqat və döyüş təyyarəsi Rusiyanın “Yantar” okeanoqrafiya gəmisinin nəzarətdə qalması üçün mümkün olan hər şeyi edəcək.

“RİA Novosti” xəbər verir ki, bunu Britaniya parlamentində dövlət katibinin müdafiə məsələləri üzrə müavini Alister Karnes bildirib.

“Biz təmin edəcəyik ki, gəmi öz missiyasını maneəsiz və izləmə olmadan yerinə yetirə bilməz”, – Karnes bildirib.

Müdafiə naziri Con Hill noyabrın 19-da Britaniya qüvvələrinin Yantara doğru yola çıxdığını elan etdi. O, Yantarın fəaliyyətini daha diqqətli izləmək üçün dəniz döyüşü qaydalarını dəyişdirdiyini açıqladı.

Hillin sözlərinə görə, Yantar sualtı rabitə kabellərinin xəritəsini çəkir və NATO-nun kritik sualtı infrastrukturu üçün təhlükə yaradır.