Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç bildirib ki, Avropa İttifaqı Kiyevlə ittifaqa üzvlük perspektivləri ilə bağlı danışıqlar apararkən Ukraynadakı iqtisadi vəziyyətin bütün problemlərini başa düşməyib.
Yanukoviç etiraf edib ki, onun Aİ ilə siyasi qarşılıqlı fəaliyyətinin məqsədi Kiyevin ittifaqa üzvlük əldə etməsi olub, lakin avropalılarla dialoqun çətin olduğunu qeyd edib.
“Aİ-dən olan tərəfdaşlar danışıqlar zamanı bəzən özlərini yumşaq desək, yanlış apardılar: Ukraynadakı iqtisadi vəziyyətin mürəkkəbliyini başa düşmədilər. Açığını deyim – təkəbbür göstərdilər”, – ölkənin keçmiş prezidenti qeyd edib.