Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr Rusiya vətəndaşlığını qəbul edib.
Bu barədə RİA Novosti sənədlərə istinadən xəbər verir.
Sənədlərə görə, keçmiş Ukrayna liderinin oğlu Rusiyada bizneslə məşğuldur. O, 10 il əvvəl Sankt-Peterburqda qeydiyyatdan keçirdiyi şirkətə sahibdir. Onun əsas fəaliyyəti maliyyə və sənaye qruplarının idarə edilməsidir.
Keçən ilin dekabrında Avropa İttifaqı məhkəməsi Viktor Yanukoviç və oğlu Aleksandrın Ukraynada anti-korrupsiya təqibləri ilə bağlı sanksiya siyahısından çıxarılmasına qərar verib. Bu qərar qohumlara qarşı sanksiyaların avtomatik ləğvi demək deyildi.














