YAP Beyləqan rayon təşkilatının yaradılmasının 32-ci ildönümünə həsr olunmuş  tədbir keçirilibbackend

20 fevral 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının yaradılmasının 32-ci ildönümünə həsr olunmuş  tədbir keçirildi.

Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edildi, abidə önünə gül  dəstələri qoyuldu.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov açaraq, ilk öncə Yeni Azərbaycan Partiyasının yarandığı  gündən, sonra isə, rayon təşkilatının yarandığı tarix barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.

Tədbirdə Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Beyləqan şəhər Ərazi Partiya Təşkilatınım sədri Bakir Həsənov, Mərkəzi Rayon Xəstəxanası Ərazi Partiya Təşkilatınım sədri Elnur Mahmudov Partiyanın keçdiyi şərəfli yol haqqında ətraflı çıxışlar etdilər.

Tədbirin sonunda bir  qrup gənc Yeni Azərbaycan Partiyası üzvünə yeni partiya vəsiqələri,  bir  qrup veteran Partiya üzvünə və Ərazi Partiya Təşkilat  sədrinə Fəxri Fərman  təqdim edildi.