YAP Hüseynbala Mirələmov barədə qərar verdibackend

Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən xaric edilib.

İctimai.az-ın məlumatına görə, bu barədə qərar YAP-nın İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

O, eyni zamanda YAP-ın Xətai rayon təşkilatının sədri vəzifəsindən, eləcə də YAP Veteranlar Şurasının üzvlüyündən də azad edilib.