YAP Səbail rayon təşkilatının yaranmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilibbackend

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının yaranmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə iştirak edir:YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, 91-lər”in nümayəndəsi Şahlar Əsgərov, YAP Mərkəzi Apartının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Məhərrəmov, Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdir müavini Asid İmaməliyev, Milli Məclisin deputatı Nigar Arparadari və başqaları.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının yaranmasından, partiyanın yarandığı dövrdə Azərbaycandakı böhran vəziyyətdən danışıb. Qeyd edib ki, ağır sosial-iqtisadi vəziyyətin hökm sürdüyü bir dövrdə xilaskarlıq missiyasını öz üzərinə götürən ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə islahatlar həyata keçirildi: “Heydər Əliyevin qətiyyəti, qüdrəti Azərbaycanı parçalamaqdan qurtardı, Azərbaycan gəncliyi istiqamətində çox böyük işlər görüldü. 44 günlük Vətən müharibəsindəki Zəfərimizin təməli də ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın sözlərinə görə, YAP Azərbaycanda və regionda yeganə partiyadır ki, müstəqilliyinə nail olmaq istədiyi dövlətin uğrunda çox çətin yollardan keçib. B.Muradova bu günə qədər keçdiyimiz yola qürurla baxaraq, tənqidlə yanaşmalı olduğumuzu qeyd edib: “Bizim milli-mənəvi ailə dəyərlərimiz ən başlıca prioritetlərimizdəndir. YAP ilk olaraq azərbaycançılıq, dövlətçilik ideyasını qarşımıza qoydu. YAP-ın digər partiyalardan fərqi ondan ibarətdir ki, hakim partiya məhz bu prinsiplər üzrə fəaliyyətini davam etdirir. YAP təkcə yeni Azərbaycan dövlətini qurmadı, həmçinin yeni Azərbaycan insanını yaratdı”.

Məşhur “91-lər”dən biri Şahlar Əsgərov YAP Səbail rayon təşkilatının yaranmasının 29-cu ildönümü münasibətilə təbriklərini çatdıraraq, ölkədə gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulayıb.

Milli Məclisin deputatı Nigar Arparadari Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışıb. Bildirib ki, tarixi zərurət nəticəsində yaranan YAP qısa müddətdə Azərbaycanda hakim partiyaya çevrilib.

YAP Mərkəzi Apartının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Məhərrəmov bu gün Azərbaycan gəncliyinin formalaşmasında Yeni Azərbaycan Partiyasının mühüm rolundan danışıb.

Partiya fəalları Riyad Rüstəmli, Rizvan Vahabov, Səyyad Aran və Kərim Tahirov da Yeni Azərbaycan Partiyasının qazandığı uğurlardan danışıblar.

Sonda Kərim Tahirov 70 illik yubileyi münasibəti ilə YAP Səbail rayon təşkilatının fəxri fərmanı ilə təltif edilib.