Yapon kişi 30 ildir ki, hər gün hazır əriştə yeyirbackend

Yaponiyadan olan bir kişi 30 ildir ki, hər gün hazır əriştə yeyir. Kişi əmin edir ki, bu, onun sağlamlığına heç bir şəkildə təsir etmir.

65 yaşlı Sokusekisai Oyama 30 ildir ki, hər gün hazır əriştə dadından həzz alır. Əvvəllər illüstrator və mühəndis kimi çalışmış adam hətta bu yeməyə olan sevgisi naminə karyerasını da atıb və peşəkar yemək tənqidçisi olub.

Oyama son 30 ildə 10 min stəkan əriştə yediyini iddia edir. Onun kulinariya üstünlükləri 1995-ci ildə Yaponiyada aşkar edildi və bu, ona yerli məşhur statusu və televiziya şoularına dəvətlər təqdim etdi.

Oyama hələ də televiziyada və sosial şəbəkələrdə fəal şəkildə görünməyə davam edir, populyar əriştə növlərinin tövsiyələrini və reytinqlərini təqdim edir.