Yaponiyada Kitakami şəhər sakini öz evində ayı hücumuna məruz qalıb.
Bu barədə “The Japan Today” məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə iyulun 4-də baş verib.Səhər saatlarında 81 yaşlı yapon qadını oğlu qonaq otağında tapıb. Hadisə yerinə gələn polis əməkdaşları onun yırtıcı tərəfindən parçalandığını göstərən caynaq izləri aşkar ediblər. Evin içərisində ayı tükləri də tapılıb.
Məqalədə qeyd edildiyi kimi, ötən axşam yapon qadının evinin yaxınlığında ayı görünüb. Bundan əlavə, hüquq-mühafizə orqanları bu yaxınlarda heyvanın yerli anbarlara və evlərə daxil olması və düyü yeməsi barədə ən azı doqquz məlumat əldə edib. Polis hadisə baş verən ərazidə ayı tələləri qurub və yerli sakinləri zərurət olmadıqca evlərini tərk etməməyə çağırıb.