Yapon qadın çox isti olduğu üçün dondurma oğurlayıbbackend

Yaponiyada qida yük maşınından dondurma oğurlayan qadın həbs edilib, yerli Sora News portalı yazır. Onun sözlərinə görə, bunu havanın isti keçməsi səbəbindən edib.

Yerli KİV-in məlumatına görə, oğurluq Aiçi prefekturasının Ama şəhərində baş verib. Ərzaqları olan yük maşını yükü boşaltmaq üçün mağazaya yaxınlaşanda satıcılardan biri qadının avtomobilə necə yaxınlaşdığını görüb və bir neçə bağlama dondurma aparıb. Supermarket işçisi yapon qadını saxlamağa çalışsa da, qadın müqavimət göstərib və onun əlindən dişləyib.

56 yaşlı qadın daha sonra polis tərəfindən həbs edilib. O, oğurluğu etiraf edib və hərəkətini çöldə hava çox isti olduğu üçün sadəcə dondurma yemək istədiyi ilə izah edib.

Mənbə: Sora News