Yaponiya, ABŞ və Filippinin təhlükəsizliyi ilə bağlı ilk görüşün vaxtı məlum olub

İyunun 16-da Tokioda ölkələrin Çinlə bağlı narahatlıqları ilə bağlı təhlükəsizlik məsələləri üzrə Yaponiya, ABŞ və Filippin yüksək rütbəli rəsmilərinin ilk görüşü keçiriləcək.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Yaponiyanı Milli Təhlükəsizlik Şurasının katibi Takeo Akiba, ABŞ-ı milli təhlükəsizlik müşaviri Ceyk Sullivan, Filippini isə milli təhlükəsizlik üzrə müşaviri Eduardo Año təmsil edəcək.

Qeyd olunur ki, belə məsləhətləşmələr formatının yaradılması təşəbbüsü Cənubi Çin dənizində Çinlə ərazi mübahisəsi olan Filippinin dəstəyini almaq istəyən Yaponiyaya məxsusdur. Bunun Çin üçün bir maneə olacağı vurğulanıb.

Mənbə: BBC

Related Post