Yaponiya hakimiyyəti Ukraynaya hərbi qulluqçuların göndərilməsi imkanını, o cümlədən bu ölkədə atəşkəs rejiminin tətbiqindən və ya sülhün bərqərar olmasından sonra nəzərdən keçirmir.
Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi bildirib.
Onun sözlərinə görə, Yaponiya atəşkəsdən sonra Ukraynada öz qoşunlarını yerləşdirməyə hazır olduğunu bildirən 26 ölkə arasında yoxdur.
“Yaponiya hökuməti Özünümüdafiə Qüvvələrinin [Ukraynaya] göndərilməsi imkanını nəzərdən keçirmir”, – deyə Hayaşi jurnalistlərin sualını cavablandırıb.