Yaponiya Ukraynadakı vəziyyətə görə Axmat Kadırov Fondu da daxil olmaqla 52 təşkilata və Rusiyadan olan 10 şəxsə qarşı sanksiya tətbiq edir.
TASS xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tokionun qara siyahısına “Birincilər Hərəkatı”, Tula Silah Zavodu, Alabuqa XİZ və Belarusdan olan üç təşkilat da daxildir.
Sanksiyalara ödənişlər və kapital əməliyyatları üzrə məhdudiyyətlər daxildir. Onların həyata keçirilməsi üçün Yaponiya Xarici İşlər Nazirliyinin xüsusi icazəsi tələb olunacaq.
Bundan əlavə, Yaponiya Rusiyadan xam neft idxalı üçün qiymət həddini 60 dollardan 47,6 dollara endirir.