Yaponiya bitkoinlərin oğurlanması səbəbindən kriptovalyutalara nəzarəti gücləndirəcəkbackend

Yaponiya hakimiyyəti DMM şirkətindən 308 milyon dollar dəyərində bitkoinin oğurlanması ilə bağlı məlumatla əlaqədar ölkədə kriptovalyuta üzərində nəzarəti gücləndirməyi əmr edib.

Bu barədə TASS Yaponiya Baş Polis Departamentinin bəyanatına istinadən xəbər verir.

Polisin məlumatına görə, bu ilin martında hakerlər kriptovalyuta hesablarına xidmət göstərən şirkətin əməkdaşının kompüterinə virus daxil ediblər. Bundan sonra onlar DMM şirkətinin serverləri üzərində nəzarət qurmağa və oradan çoxlu bitkoinlər yükləyə biliblər. Lakin polis hücum edənlərin Şimali Koreya ilə əlaqəsini sübut edə bilməyib.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi bildirib ki, hökumət DMM hadisəsindən narahatdır və əlavə kibertəhlükəsizlik tədbirləri görəcək.