Yaponiya hökuməti mayın sonlarında cənub Kuril adalarının bilavasitə yaxınlığında mülki gəmilərin gözlənilmədən atəşə tutulması insidentinin təkrarlanmasının qarşısını almağa çalışır.
TASS xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi Tokioda mətbuat konfransı zamanı bildirib.
“Biz dənizdə təhlükəsizliyi təmin etmək və belə hadisələrin baş verməməsi üçün bütün mümkün tədbirləri görməklə məşğuluq.
Siyasətçinin sözlərinə görə, hadisə baş verən ərazidə heç bir gəmi görünməyib. Bundan başqa, o, qeyd edib ki, heç bir ziyan qeydə alınmayıb.