Yaponiya hökuməti Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin tədqiqat gəmisi tərəfindən Yakusima adası ərazisində onun ərazi sularını pozduğuna görə Çinə öz etirazını və ciddi narahatlığını bildirib.
Bu barədə Kyodo məlumat yayıb.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, ÇXR-ə məxsus gəmi təxminən üç saat ölkənin ərazi sularında olub, sonra qərbə doğru hərəkətini davam etdirib.
Bundan əvvəl Yaponiya hakimiyyəti Rusiya Federasiyasının Aerokosmik Qüvvələri və Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin Yaponiya və Şərqi Çin dənizlərinin suları üzərində birgə patrul əməliyyatlarının aparılmasından narahatlığını bildirib. Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hirokazu Matsuno bildirib ki, Yaponiya hökuməti ölkələrinin təhlükəsizliyindən narahat olduqları üçün diplomatik kanallar vasitəsilə Çin və Rusiyaya “ciddi narahatlıqlar” çatdırılıb.
Mənbə: BBC

