Yaponiyanın Ay modulu Hakuto-R-nin enişi uğursuz olub. TASS xəbər verir ki, bunu “Ispace” tərtibatçı şirkətinin rəhbəri Takeşi Hakamada mətbuat konfransında bildirib.
“Biz belə nəticəyə gəldik ki, modulla əlaqə qurmaq çətindir və missiyanı başa çatdırmaq mümkün deyil. Ona görə də enişin uğursuz olduğunu deyə bilərik”, – Hakamada bildirib.
İndi şirkət uğursuzluğun səbəbini prioritet kimi müəyyənləşdirməyə çalışır.