Yaponiya hava limanını bağlayıb, güclü yağışlar səbəbindən qatarların hərəkətini dayandırıbbackend

Yaponiyanın paytaxtı Tokioda güclü yağışlar səbəbindən beynəlxalq hava limanı bağlanıb, dəmir yolu hərəkəti dayandırılıb.

Su basmış şəhərdən olan görüntüləri Life nəşri SHOT-a istinadən yayıb.

“Bir neçə rayonda güclü yağıntı – Setaqaya 92 mm, Otada 88,5 mm yağış cəmi 1 saat ərzində düşüb. Bir gün əvvəl 7 mindən çox ev bir neçə saat işıqsız qalıb”, – məlumatda deyilir.

İnsanlar dizlərinə qədər su içində küçələrlə gəzirlər, metro stansiyaları su altında qalıb. Yaponiya aviaşirkətlərinin 100-dən çox reysi təxirə salınıb və ya ləğv edilib.

Bu yaxınlarda Soçidə güclü yağış səbəbindən avtomobillər su altında qalmağa başlayıb. Yayılan kadrlardan görünür ki, sürücülər nəhəng gölməçələrdən keçməyə məcbur olurlar və suyun səviyyəsi qalxır.