Yaponiya hökuməti ölkə parlamentinin buraxılması ilə bağlı rəsmi qərar qəbul edib.
Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Yaponiya Nazirlər Kabineti oktyabrın 9-da növbədənkənar iclasında parlamentin buraxılması haqqında qərarı imzalayıb. Dietin daha sonra Yaponiyanın yeni baş naziri Şigeru İşiba ilə müxalifət partiyası liderləri arasında debat keçirəcəyi gözlənilir. Debat tələb olunan 45 dəqiqə əvəzinə 80 dəqiqə çəkəcək.
Oktyabrın 4-də İşiba parlamentdəki çıxışında Yaponiya hakimiyyətinin Rusiya ilə sülh müqaviləsi bağlamaq və “ərazi problemini” həll etmək istiqamətində kursunu davam etdirəcəyini bəyan edib.














